آشیق کاماندار

یاخشی چالیش اینسانلارا چاتماغا ،

جهد ائله کی ، صنعتکارا چاتماغا ،

آرزون وارسا « کاماندارا » چاتماغا ،

اوستاد سؤزون عاریف سایماغی ائشیت ،

آشیق کاماندار 

  اوستاد آشیق1929-جی ایلده بورچالی نین- ایندیکی مارنئولی(Marneuli) رایونونون کپنکچی کندینده آنادان اولموشدور. بورچالیدا آشیق صنعتی نین الچاتماز زیروه یه چاتان واختی بالاجا کاماندار آرتیق آلگئت و کور چایی نین شیریلتیسیندان تئللی سازین آهنگینی یاواش- یاواش آییرماغا باشلادی. بیر مودتدن سونرا کاماندار اوستاد آشیقلاردان صادیق، محمد شیخلی، خان امراه و باشقالارین. تکیدی سایه سینده آشیق-اوزان صنعتی نین سیرلرینه داخیل اولماغا داها بیر اوغورلو آددیم آتیر. 

  عؤمرونون ائرکن یاشلاریندان ساز چالیب، اوخوماغا حدسیز ماراق گؤسترن کاماندار حمید اوغلو موسکوا (1959) گؤروشلری نین فعال ایشتیراکچیسی، باکییا (1984) آذربایجان آشیقلاری نین اوچ اینجی قورولتایی نین بورچالیدان ائلچیسی اولموشدور. 

  کاماندار افندی نین ماهیرلیگی اوندادیر کی، او، همیشه یورولمادان اؤز اوزرینده ایشله میش، آشیق صنعتی نین ان اینجه ساحه لرینده یارادیجی بیر  " تدقیقاتچی "  کیمی یوللار آختارمیشدیر. بؤیوک زحمتدن سونرا کاماندار حمید اوغلو اوزان-آشیق صنعتینده یارادیجی آشیق- شاعیر کیمی پوختلشمه یه باشلادی. اونون دیللر ازبری اولان قوشما و گرایلیلاری، دیوانی و تجنیسلری و موخممسلری قالاق- قالاقدیر. عصریمیزین 70-جی ایللریندن باشلایاراق، آشیق کاماندارین بو قوشما و تجنیسلری گورجوستان رادیوسو ایله یاناشی، آذربایجان رادیو و تئلئویزییا وئریلیشلرینده ده سسلنمه یه باشلادی. اونون شان- شؤهرتی نین جوغرافی میقیاسی گونو-گوندن گئنیشلندی. 
ادامه نوشته

تورکی sms

1.Ey daglari dashlari her sheyi yaradan rebbim, her sheye bir gozellik ayri bir dad, insanlara agil, mentiq, dushunce paylayarken bu mesaja mal mal baxan bu okuzu niye unutdun?

2.Sevgilim seni chox sevirem! Amma pulu daha chox, lakin pulun ne deyeri var, muhum olan miqdaridi.

3.Bir daha qumar oynamayacagima merce girirem.

4.Seher yemek yeye bilmirem,chunki seni dushunurem,gunorta yemek yeye bilmirem, chunki seni dushunurem,axsham yemek yeye bilmirem,chunki seni dushunurem.Gece yata bilmirem,chunki acam.

5.Kim deyib ki qirmizi ishiqda yolu kechmezler,rehmetli kecherdi.

6.Bu mesaj xususi bir frekansla gonderilmishdir.Agillilarda yaddash zeifliyi, axmaqlarda qisa muddetli korluq,okuzlerde bir anliq gulumseme oyadir…

7.Eshq axmaqlarin uzduyu bir hovuzdur,amma meni itelediler.

8.Bilmemek ayib deyil,yeter ki, hiss etdirmeyesen.

9.Bir goz gordum masmavi denizin dibine enmish,bir goz gordum qapqara gecelerden bezmish,bir goz gordum yamyashil ucuna yarpaq deymish,bir goz gordum gomgoy ustune yumruq deymish…

10.Tanridan chichek istedim ,o mene bir bagcha verdi.Tanridan bir agac istedim, o mene bir meshe verdi.Tanridan bir axmaq istedim, senin telefon nomreni verdi…

11.Hormetli qulumuz,qilinmamish namaz borcunuz gorunmekdedir.Emel defterinizin baglanmamasi uchun,xahish olunur borcunuzu odeyesiniz.-”Axiret Mushteri Xidmetleri”

12.Eshq bir sudur. Ich- ich qudur.

13.Eshq bir goldur ustunde qazlar uzur…

14.Muellimin vurdugu yerde gul biter. Hech goyermish de gul olar!!!

15.Indi bu deqiqe her 100 neferden 35?i yatir, 10?u yemek yeyir, 25?i isleyir. 15?i mazaglasir, 10?u masin surur, 4?u ders oxuyur ve bir dene axmaq da elinde telefon sms oxuyur:)

16.Sen sen ol colde esqle mesgul olma:) esqin gozu kordu amma qonsununki esla:)

17.Ey daglari daslari ve her seyi yaradan rebbim! Her seye bir gozellik ayri bir lezzet, insanlara agil, mentiq, bilik dagidanda bu mesaja mal kimi baxan bu okuz harada idi?:)

18.Bu dunyada 6 milyard insan var, 2999999999 milyonu yatir, 1000000000?u yemek yeyir, 2000000000?u yatir. Bir gozel qiz da mesaj oxuyur..

19.En agir is menimdir! Cunku 24 saat seni dusunurem..!

20.Nece yasiniz var? Ne bilim eee her il deyisir:):)

21.Bilirsen men cox alcaq konulluyem! Niye?.. Cunku hundurden gorxuram..:)

22.Saxla samani inekler miting elesin :) :)

23.Ceferi cildi gozellesdirirmis. Deyirem bekle avradima ceferi tarlasi alim?:)

24.Bakilya duzem,supermen oglyam, betmanin nevesiyem, 32 polis aldatdim, 8 gozunu partlatdim samalyota kelle atdim poyuza padnoska verdim hihi sende inandun

25.Bir Ask Yasiyorum,Masal gibi!Beyaz Bir hayalim var,Gelinlik gibi!Bir sevdigim var,Damat gibi!Bir Soru bekliyorum,Ruya gibi!Ee hadi sor cola iciyormusun

نظامی گنجوی

Nizami Gəncəvi

Nizami Gəncəvi- (təxəllüsü, əsil adı – İlyas Yusif oğlu) (1141-1209-cu il) – Azərbaycanın görkəmli şairi və mütəfəkkiri olmuşdur. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailəə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur.
Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169-1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. Nizami Gəncəvi yaradığılıca lirik şe`rlərlə başlamışdır. Əsərlərindən mə`lum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Nizami lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş poemadan ibarət (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) “Xəmsə” (Beşlik) müəllifi kimi daxil olmuşdur.

Nizami Gəncəvinin ilkin Şərq Renessansın zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mə`nəvi-əxlaqi ideyaları parlaq bədii əksini tapmışdır.
İnsanın daxili aləmini, hiss və duyğularının təsviri, baş qəhrəmanların xarakterlərinin dinamik inkişafda verilməsi Nizami ədəbi məktəbinin əsas qayəsini və məzmununu təşkil edir. Məhəbbət mövzusunun Şərq ədəbiyyatında geniş yayılaraq, ictimai-bəşəri ideallarla, humanist məzmunla zənginləşməsində Nizami Gəncəvi poemalarının mühüm rolu olmuşdur. Nizami Şərq ədəbiyyatında ilk dəfə məhəbbəti fəlsəfi mə`nada şərh edərək, nəcib məhəbbət konsepsiyasını yaratmış, onu insan azadlığı, vicdan azadlığı və mə`nəvi təkamül problemləri ilə bağlamışdır.
Nizami Gəncəvi Yaxın Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirmiş, Şərq ədəbiyyatlarında yeni bir istiqamət açmışdır. Nizami ədəbiyyatı həmişə həyatla əlaqələndirməyə çalışmış, öz mövzularını tarixdən almasına baxmayaraq, onlara müasirlik baxımından yanaşmış, böyük humanist şair olaraq insanı, insan ləyaqətini tərənnüm etmişdir. O, xalqın istək və arzularını, xalq yaradıcılığından və təfəkküründən əxz etdiyi müdrik fikirlərini yüksək sənət dili ilə ifadə etmiş, həm ideya, həm də sənətkarlıq cəhətdən kamil bədii əsərlər yaratmışdır.
Şərq ədəbiyyatı tarixində Nizami Gəncəvi ilk dəfə olaraq qadını yüksək insani sifətlərə malik ülvi varlıq kimi təsvir etmişdir. Nizami cəsarəti, mərdliyi və gözəl əxlaqı ilə seçilən mübariz qadın obrazlarını insani keyfiyyətlərdən məhrum kişilərə qarşı qoyur, qadının həyatın müxtəlif sahələrdə kişilərlə bərabər çalışmağa qadir olduğunu sübut edir. Nizami Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə olaraq əməyi insanın bütün başqa canlılardan fərqləndirən həyati tələbat kimi tərənnüm etmişdir. Şairə görə yalnız əməkçi insan hörmət və məhəbbətə layiqdir.

Nizami Gəncəvi həm də böyük vətənpərvər idi. O bütün əsərlərdə təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Nizaminin əsərlərində vətən təbiətinin gözəllikləri tərənnüm olunur. Onun yaradıcılığında azərbaycan şifahi xalq ədəbiyyatından – dastan, əfsanə, nağıl və atalar sözlərindən bol-bol və məharətlə bəhrələnmişdir. Nizami Gəncəvinin süjetləri isə, öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli tə`sir göstərmişdir.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstambul, Dehli, London, Paris və s. şəhərlərin məşhur kitabxana, muzey və əlyazmalar fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Yaradıcılığı Şərq incəsənətinin inkişafında mühüm rol oynamışdır.
XVII əsrin sonundan Avropa və Rusiyada Nizami Gəncəvi irsinə maraq artmış, əsərləri ingilis, alman, fransız, italyan, ispan, rus, yapon və s. dünya dillərinə tərcümə olunmuş, həyat və yaradıcılığı öyrənilmişdir.

عمادالدین نسیمی

عمادالدین نسیمی

 

سئیید علی ایماد اددین نسیمی (سیّد علی عمادالدّین نسیمی) (1404-1370). آذربایجانلی عاریف و شاعیر.

حیاتی

ایما اددین نسیمی (سیّد علی عمادالدّین نسیمی) 1370-جی ایلده دونیایا گلیب. دوغوم یئری شیرواندیر. بعضی تدقیقاتچیلار اونون باکیدان اولدوغونو ایدیعا ائدیر، بعضی لری ایسه نسیمی نین دوغوم یئری کیمی شیروانشاهلارین پایتاختی شاماخینی گؤستریرلر.

شاعیرین آتاسی سئیید مهممد (سیّد محمّد) شیرواندا یاخشی تانینان شخصیتلردن ایدی. نسیمی نین بیر قارداشی دا واریدی. اونون شاماخیدا یاشادیغی، شاه خندان تخلوصو ایله شعرلر یازدیغی و حاضیردا بو آدلا تانینان قدیم قبریستانلیقدا باسدیریلدیغی معلومدور. ایسلامدان سونراکی دؤورده شاماخی ایری مدنیت مرکزلریندن بیرینه چئوریلیر. بورادا چوخلو مکتب، مدرسه، بوتون شرقده مشهور اولان شئعر و موسیقی مجلیسلری فعالیت گؤستریردی، زنگین ایجتیمای و شخصی کیتابخانالار دا آز دئییلدی. پایتاختدان بیر قدر کناردا، ملهم (Məlhəm) آدلانان یئرده مشهور شاعیر خاقانی نین عمیسی-عالیم و حکیم کافی اددین (کافی الدّین) طرفیندن یارادیلمیش دار-اوش-شفا (دار-الشّفا ) طیب آکادئمییاسی دا فعالیت گؤستریردی. شاماخیدان بوتؤو بیر شاعیر و عالیملر پلئیاداسی چیخمیشدیر کی، اونلارین دا آراسیندا بؤیوک صنعتکار افضل الددین خاقانی نی خوصوصی قئید ائتمک لازیم گلیر. نسیمی نین مکتب ایللری بئله بیر موحیطده کئچیب.

ادامه نوشته